Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Gəncə Regional Mərkəzi və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 may Respublika günü münasibətilə mövzusunda videokonfrans keçirilib

27.05.2021

27 may 2021-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Gəncə Regional  Mərkəzi və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 may Respublika günü münasibətilə "Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir" mövzusunda videokonfrans keçirilib.
Videokonfransda mədəniyyət işçiləri, Ağstafa rayon Gənclər və İdman İdarəsinin könüllüləri, gənclər, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ombudsmanın Gəncə Regional  Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və baş məsləhətçisi Turan Hüseynov  28 may Respublika gününün təsis edilməsindən, tarixi əhəmiyyətindən danışıblar və qeyd edilib ki, bu günkü Müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Bildirib ki, yüz üç il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.