Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılmaqdadır. 26 may 2021-ci il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov 44 günlük Vətən müharibəsində Vətən, dövlət və xalq qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək qəhrəmanlıq nümunəsi göstərib Füzuli, Cəbrayıl, Hadrut döyüşlərində iştirak edərək şəhidlik zirvəsinə yüksələn Qazax rayon Xanlıqlar kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu İsgəndərov Pərvin Pərviz oğlunun ailəsini ziyarət etmiş və maddi dəstək göstərmişdirlər.
Şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi, 1 azyaşlı oğlu yadigar qalıb.