05.05.2021
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Tovuz rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı" günləri keçirilir.
5 may 2021-ci il tarixində Tovuz rayon A.S.Puşkin adına tam orta məktəbin 7-ci sinif şagirdləri mərkəzdə ekskursiyada oldular. Mərkəzin elmi işçisi Nərgiz Sabirli məktəbliləri mərkəzin ekspozisiya zalında nümayiş olunan eksponatlarla tanış edərək, onlara ətraflı məlumat verdi.