24.04.2021
24 aprel 2021-ci il tarixində Tovuz rayon MKS Narkomaniya və Narkobiznesə qarşı mübarizə ilə əlaqədar olaraq "Narkomaniya əsrin faciəsidir" mövzusunda onlayn tədbir keçirdi. Tədbirdə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları haqqında məlumat verildi. Eyni zamanda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində çıxışlar dinlənildi.