Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın qüdrətinin göstəricisi - Şanlı Qələbəmiz”

23.04.2021

 23 aprel 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Multimedia Kitabxanasının birgə təçkilatçılığı ilə “Azərbaycanın qüdrətinin göstəricisi- Şanlı Qələbəmiz” mövzusunda videokonfrans formatında görüş keçirilib. Videokonfransda Qazax MKS-nin və Mərkəzi kitabxananın Uşaq Şöbəsinin, Qazaxbəyli, Aslanbəyli, Çaylı kənd kitabxanalarının əməkdaşları və Mərkəzin kollektivi iştirak etdilər. Videokonfransda Azərbaycanın qüdrətinin göstəricisi olan Şanlı qələbəmizdən, Qələbənin möhtəşəmliyini və müharibənin miqyasını özündə əks etdirən Hərbi Qənimətlər Parkının qələbəmizin əbədiləşdirilməsinə xidmətindən, İlham Əliyev tərəfindən aparılmış effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsində İkinci Qarabağ müharibəsinin aparılması üçün ölkəmizdə aparılmış hazırlıq işlərindən danışılıb. Videokonfrans iştirakçılarını salamlayan Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova mövzu ətrafında danışıb və bildirib ki, 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı prezident olacağam”- deyən cənab İlham Əliyevin bu fikirləri bu günkü Azərbaycan reallığının mənzərəsini tam aydın şəkildə ortaya qoyur. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin düşünülmüş, məqsədyönlü və gələcəyə hesablanmış siyasətini çox uğurla həyata keçirərək güclü Azərbaycan dövlətinin formalaşdırılmasını, iqtisadiyyatın inkişaf etdirilməsini, müasir iqtisadi sistemin yaradılmasını, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılmasını öz fəaliyyətinin strateji hədəfinə çevirmişdir.

Sonra Qazax Multimedia Kitabxanasının müdiri Rufina Namazova çıxış edərək bildirdi ki, “Son 17 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar birmənalı şəkildə cənab İlham Əliyevin yorulmaz, səmərəli siyasətinin nəticəsidir. Dövlətimizin başçısı ilk gündən ümumi iqtisadi inkişafla bağlı bütün sosial, mədəni və ordu islahatlarını dərinləşdirdi. Həyata keçirilən regional inkişaf proqramları, sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi”.

Qazax rayon MKS- nin M.Vəliyev adına Aslanbəyli kənd kitabxana müdiri Şölə Rəhimova, Qazaxbəyli kənd kitabxana müdiri Sevinc Alməmmədova, Qazax MKS- nin Uşaq Şöbəsinin Multimedia mütəxəssisi Gülbəsti Musayeva çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir. Dövlət başçısının yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Çıxışlarda ümumi bir fikir ifadə olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli, sosial siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib.