Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şagirdlərə mühazirə oxuyub

22.04.2021

22 aprel 2021-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzinin 2021- ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə “Ulu  Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılır” mövzusunda mühazirələrin oxunmasına başlanılmışdır. İlk mühazirənin  oxunması Qazax şəhər Namiq Vəliyev adına 5 saylı tam orta məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur. Məktəbin direktoru Nəsibə Tağıyevanın  da iştirak etdiyi ilk Açıq dərsi Mərkəzin direktoru Ceyhunə Hüseynova aparmış və Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, Dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən  və  banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edəcək qüdrətli mənəvi- siyasi  irsinin layiqli davamçısı - Dövlət başçısı,  Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli sosial- iqtisadi, Azərbaycanın dayanıqlı inkişafını təmin edən strateji daxili və xarici siyasətindən bəhs edən  geniş mühazirə ilə çıxış etmişdir. Sonra məktəbin direktoru Nəsibə Tağıyeva çıxış edərək Azərbaycanın 90- cı illərin əvvəlləri, müstəqilliyin ilk illərində yaşanan keşməkeşli tarixdən və 1993- cü ildən sonra Heydər Əliyevin xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından  sonra ölkədəki tərəqqi və inkişafdan və bu siyasətin bu gün də uğurla davam etdirilməsindən danışmışdır.

Dərsin sonunda şagirdlərin sualları cavablandırılmışdır.