Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzinin filiallarının əməkdaşları şəhidlərin məzarını ziyarət edib

15.04.2021

Ağstafa rayon Mədəniyyət Mərkəzinin 1 sayli Folklor klubunun əməkdaşları İkinci Qarabağ müharibəsi Şəhidi, Dağ Kəsəmən kənd sakini Vəliyev Ayxan Kamil oğlunun məzarını ziyarət etmiş, ailəsinə baş çəkmişlər.

Həmçinin, Xətai kənd klubunun əməkdaşları İkinci Qarabağ müharibəsi şəhidi Nihad Abdullayevin məzarını ziyarət etmiş, ailəsinə baş çəkmişlər.

Eyni zamanda Qırılı kənd Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Əliheydər Hüseynlinin  doğum günündə şəhidin ailəsini ziyarət etmiş, məzarına tər çiçəklər düzmüşlər.