04.04.2021
2-4 aprel 2021-ci il tarixlərində Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı, Şəhər 2 nömrəli və Abbasbəyli kənd kitabxana filiallarının əməkdaşları Aprel döyüşlərinin şəhidi kapitan Muhid Qurban oğlu Orucovun, Yuxarı Salahlı kənd 1 və 2 nömrəli kitabxana filiallarının əməkdaşları baş leytenant Elvin Məmməd oğlu Namazovun, Aslanbəyli kənd kitabxana filialının əməkdaşları əsgər Orxan Məhəmməd oğlu Əliyevin məzarlarını ziyarət edib, gül- çiçək dəstələri düzərək ruhlarına dualar oxuyub və ailələrinə baş çəkiblər.