Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Şəhid ailəsinə baş çəkib

02.04.2021

01 aprel 2021-ci il tarixdə Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Ağstafa rayonunun Qəhrəman Şəhidi Cəlilov Xaliddin Asəf oğlunun məzarını ziyarət etdi  və ailəsi ilə görüş keçirdi. Şəhidin anası Yeganə xanım qəhrəmanın şərəfli döyüş yolundan söhbət açdı, Şəhidin şəxsi əşyalarından muzey əməkdaşlarına hədiyyə etdi.