Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində ”Zəfər ətirli Novruzum” adlı tədbir keçirilib

17.03.2021

17 mart 2021-ci il tarixdə Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində "Zəfər ətirli Novruzum" adlı tədbir keçirildi. Karantin qaydalarına uyğun keçirilən tədbirdə muzey əməkdaşları və 2 saylı uşaq musiqi məktəbinin şagirdləri iştirak etdilər. Tədbiri muzeyin direktoru Gülnaz Alişanova açaraq Novruz bayramının tarixi haqqında məlumat verərək qeyd etdi ki, bu bayram bizim milli bayramımızdır. Böyük mənəvi gücə malik olan Novruz bizə əcdadlarımızdan yadigarıdır. Bu gün  bizim zəfər ətirli, bahar nəfəsli  bəxtiyarlığımız yerə-göyə sığmır. 30 ilə yaxın vaxt ərzində mənfur ermənilər tərəfindən işğal olunmuş Qarabağ torpağı azad olunmuşdur. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu və xalq birləşərək Vətən torpaqlarını azad edərək Tarixi Qələbəyə imza atdıq. Bu gün müstəqillik, inkişaf, intibah yolu ilə gedən ölkəmiz dünya ölkələri arasında layiqli yer tutur. Qoy xalqımızın həyatı səməni kimi təravətli, Novruz xonçası kimi zəngin olsun!