Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə onlayn tədbir keçirilib

05.03.2021

05 mart 2021-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 8 mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanda qadın siyasəti" mövzusunda onlayn tədbir keçirilib.
Tədbiri Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına hər zaman böyük şəxsiyyət kimi hörmətlə yanaşmışdır. Ölkənin ictimai-siyasi həyatında seçilən lider qadınlar yetişdirmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Qadın siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün ölkənin Vitse Prezidenti, UNESCO VƏ İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti Azərbaycan qadının nə qədər fəal olduğunu təsdiq edir.
Tədbirdə çıxış edən Ağstafa MKS-nin direktoru Solmaz Nağıyeva, Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva, Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yeganə Əhmədova, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün Əyyubova qeyd ediblər ki, qadın adı, ana adı hər zaman ölkəmizdə uca tutulub. Çıxış edənlər 44 günlük Vətən müharibəsində şəhid olan igid, cəsur oğul böyüdən anaların timsalında bütün Azərbaycan qadınlarının bayramlarını təbrik ediblər.