06.02.2021
06 fevral 2021-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanası torpaqlarımızın suverenliyi və azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Mübariz dastanı" mövzusunda onlayn tədbir keçirdi. Tədbiri MKS-nin direktoru Güldərən İbrahimova açaraq Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs etdi. Tədbirdə çıxış edənlər Mübariz İbrahimovun vətən sevgisiylə bizlərə örnək olduğunu qeyd etdilər və igid Qəhrəmana həsr olunmuş şeirlər səsləndirdilər.