Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Qovlar şəhərində mədəniyyət işçiləri qazini ziyarət edib

19.01.2021

Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin Qovlar şəhər Folklor Mədəniyyət evi filialının və Tovuz rayon MKS- nin Qovlar şəhər 1 və 2 saylı filialının əməkdaşları 19 yanvar 2021- ci ildə Qovlar şəhər sakini Qazi Məmmədov Mehman Arif oğlunu ziyarət etdilər.

Mehman Məmmədov 1997- ci ildə Qovlarda anadan olub.Həqiqi hərbi xidmət keçdiyi  dövrdə Aprel döyüşlərində iştirak edib.27 sentyabr 2020- ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 10-da könüllü olaraq qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində irəliləyərək Şuşaya qədər döyüş yolu keçib. Oktyabrın 28-də Şuşa uğrunda döyüşlərdə Daşaltında ayağından güllə yaraları alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamiyla Füzuli və Xocavəndin azad olunmasına görə medalı ilə təltif edilib .

Qazimizə Allahdan şəfa diləyirik!