Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları qaziləri ziyarət edib

19.01.2021

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları MİHİ Qazax rayon komitəsinin dəstəyi ilə 19 yanvar 2021 ci il tarixdə Bağanıs Ayrım kənd sakini Musayev Saqifin ikinci Qarabağ müharibəsində qazi olmuş iki oğlunu ziyarət etdilər. Qazilər Musayev Elfaq və Cavid qardaşlarının hər ikisi Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək bu zirvəyə ucalmışlar. Qazi Musayev Elfaq Saqif oğlu -"Cəsur Döyüşçü" və "Laçın uğrunda"  medalları ilə, Musayev Cavid Saqif oğlu isə " Cəsur Döyüşçü" medalı ilə təltif olunmuşdur. Ziyarət zamanı qazilər öz döyüş təəssüratları ilə bölüşdülər.