02.12.2020
02 dekabr 2020- ci il tarixdə Qazax rayon Mədəniyyət müəssisələrinin- Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Dövlət Rəsm Qalereyası, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Qazax Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında düşmən üzərində qazanılmış möhtəşəm qələbə münasibətilə “Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır” mövzusunda onlayn tədbir keçirilmişdir. Tədbirdə Qazax Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova , Qazax Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, rayonun kəndlərində fəaliyyət göstərən kitabxanaların və mədəniyyət evlərinin, kənd sənətkarlıq evlərinin müdirləri, işçiləri olmaqla 80- ə yaxın mədəniyyət işçisi iştirak etmişdir.
Tədbiri Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açmış, möhtəşəm qələbə münasibətilə bütün Azərbaycan xalqını və o cümlədən mədəniyyət işçilərini təbrik edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunu keçmiş və ən istedadlı yetirməsi olan İlham Əliyevin Azərbaycana rəhbərlik dövrü Azərbaycan üçün dinamik inkişaf, sürətli modernləşmə, dövlətin, ölkənin, xalqımızın dünya siyasi arenasında sürətlə yüksəlişi dövrüdür.Onun beynəlxalq təşkilatlarda inamlı, məntiqli çıxışları, milli mənafeləri qoruması, müstəqil siyasət aparması, BMT çərçivəsində dünya çapında işğalçı Ermənistanı tam təkləməsi, mənfur düşməni əzərək “Qarabağ Azərbaycandır !” ifadəsinin təkcə sözdə yox, əməldə də sübut edərək, cəmi 44 günə düşmən üzərində möhtəşəm qələbəni çalması bir daha onu sübut edir ki, Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın gələcəyi əmin əllərdədir.
Daha sonra Qazax Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova , Qazax Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Ürkməzli kənd Sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, Ş.Şahvələdov adına Xanlıqlar kənd orta məktəbin IX sinif şagirdi Bənnayeva Aysu 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin sevincini bölüşərək çıxışlar etmiş, şerlər söyləmişlər. Bütün çıxış edənlər bu qələbənin qazanılmasında canını belə əsirgəməmiş və vətən uğrunda şəhid olmuş oğullarımıza Allahdan rəhmət diləmişlər, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmağı arzu etmişlər, mədəniyyət müəssisələrində çalışan, övladları döyüşdə iştirak etmiş analarımıza hörmət və ehtiram bildirmişlər. Həmçinin bu qələbəni bizə yaşatdığı üçün Heydər Əliyev kimi dahi bir siyasətçinin məktəbini keçmiş və bunu özünün əməli fəaliyyətində dəyərincə nümayiş etdirən, III minilliyin lideri, XX əsr siyasətində öz yeri olan dövlət xadimi İlham Əliyevə ayrı- ayrılıqda öz minnətdarlıqlarını bildirərək söyləmişdirlər ki, möhtərəm Prezident İlham Əliyevin siyasi imicini təkcə bəyanatlar deyil, həm də bu günkü dinamik inkişaf və cəmi 44 günə qazanılan qələbə müəyyənləşdirir. Buna görə hər bir Azərbaycan vətəndaşı kimi Ali Baş Komandanımıza təşəkkür edirik.Var olun bizim əbədi liderimiz İlham Əliyev cənabları!