05.09.2020
Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləyib.
1976-cı ildə Hüseyn Arifin oğlu (Arif Hüseynzadə) rəhmətə gedib. Məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüs götürüb.
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib.
1992-ci il sentyabrın 14-də Bakıda vəfat edib, doğulduğu kənddə dəfn olunub.
Hazırladı: Hüseyn Arifin Ev Muzeyinin əməkdaşları
https://www.facebook.com/242873056637818/videos/2675266522801316/?__xts__[0]=68.ARCZgS1xgrXFS6hkbX1CC__vdeBkVexC-Dwl8Mv-L4p9QsKXt5o_2C97mi4BKw7inpNMTJTGvhO8A4pdRoN4TeO_kLwRwOI_T3ofwMU8tWTuhIMxnr9YlXNswKzh3mrTvdWWXcGtGudO3bgPjGBFImIWCpuCaaAz8CQFglF5UVIIq7W-d2EwcfDpwdxJuDNivH19VGz-ukvopHVD1H6B4Fwfnw-S08GdUFRvr3uPQHt4yFsH9MVuhDmvLJW14KGpNMkEQBrdzowF5CoMjleNL1-UJUmIl1IYd2LWZJZ2_lp1ExVwyDkslzGdUX9phNiRRUVJJ3TRcYcxDLadV0KpFkI2fXkVKBCY&__tn__=-R