07.08.2020
06 avqust 2020-cı il tarixdə Qazax Dövlət Rəsm Qalereyası Könüllülər ilinə həsr edilmiş videokonfrans keçirdi. Konfransda qalereyanın dərnək üzvləri, həmçinin, Almaniyada təhsilini davam etdirən həmyerlimiz Emin Abbaslı, Bolqariyalı Evşen Esat və BDU-nin gənc müəlliməsi Xədicə Abbaslı iştirak etdilər.
Tədbirə qoşulan qonaqlar könüllülük fəaliyyətinin əhəmiyyətindən, gənclərin həyatındakı rolundan danışdılar və eyni zamanda dərnək üzvlərinə öz qazandıqları uğurlardan, nailiyyətlərdən söhbət açdılar, uşaqların suallarını cavablandırdılar və sonda onlara öz tövsiyyələrini verdilər.
Tədbir diskussiya şəklində davam etdirildi.