25.07.2020
Qazax şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin xor dirijor müəllimi Məmmədova Fazilə Qoca qızı və tar müəllimi Məmmədov Valeh Saleh oğlunun təqaüdə çıxması münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mədəniyyət İşçiləri Həmkarlar ittifaqı Qazax rayon komitəsinin sədri Isgəndər Qurbanov açmışdır. O müəllimlərin musiqi məktəbində uzun illər səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, təbrik etmiş ,gələcək həyatlarında onlara uğurlar arzulamışdır.
Məktəbin direktoru Çiçək Maşayeva, tədris hissə müdiri Rövşanə Lətifova və məktəbin müəllimləri Nərminə Kənkərli , Zəminə Əliyeva, Nigar Mehdiyeva və başqaları çıxış edərək müəllimlərin əmək fəaliyyətinən danışmış, onların nümunəvi müəllim olmasını qeyd etmişlər və onlara ən xoş arzularını bildirmişlər. Sonda Fazilə Məmmədova və Valeh Məmmədov tədbir təşkilatçılarına öz minnətdarlığlarını bildirdirdilər.
Karantin qaydalarına riayət olunmaqla keçirilən tədbirin sonunda Fazilə Məmmədova və Valeh Məmmədov MİHİ Qazax rayon komitəsinin fəxri fərmanı və hədiyyəsi ilə təltif olunmuşdur.