24.07.2020
İyulun 24-də "26 İyul Gənclər və İdman Nazirliyinin yaradılması günü ilə əlaqədar, xüsusilə Pandemiya( COVİD-19) dövründə könüllülük hərəkatında və rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə" fərqlənən və 23-26 may 2020-ci il tarixlərdə 28 May-Respublika Gününə həsr olunmuş gənclər arasında (14-29 yaş) "Bura mənim vətənimdir" adlı fotomüsabiqəsinin qalibi olan gənclər təltif olunmuşlar.
Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lalə Hüseynova da Heydər Əliyev Mərkəzinin bu sahədə fəaliyyətinin aktivliyi ilə bağlı təltif edilmişdir.