20.07.2020
20 iyul 2020-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Könüllülər ili” çərçivəsində hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş “Milli ordumuz qürur mənbəyimizdir” adlı sərgi nümayiş etdirib, “Milli ordumuz qürur mənbəyimizdir” adlı videokonfrans keçirib. Tədbirdə könüllülərdən: Azərbaycan Dövlət Pedaqoji Universtetinin tələbəsi Zülfiyyə Hüseynova, Bakı şəhərindən- Təhsildə qiymətləndirmə manitorinqinin təlimatçısı Günel Səmədzadə, Qazax Dövlət Sosial-Iqtisadi Kollecinin tələbələri və kitabxananın əməkdaşlarından bir qrup olmaqla 56 nəfər iştirak edib. Vətən torpağı uğrunda qəhrəmanlıqla həlak olan Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Tədbiri keçirməkdə məqsədimiz sərəncama əsasən gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir. Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimiz haqqında məlumat verərək bildirib ki, Şəhidlik zirvəsinə qalxmaq hər kəsə nəsib olmaz. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğun bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən ləyaqətli şəxslər bu uca zirvəyə yüksələ bilər.Tədbirdə iştirak edən gənclərə tariximizi mükəmməl öyrənməyi tövsiyə edib.
Tədbirdə iştirak edən Daş Salahlı kənd 1 saylı kitabxana filialın əməkdaşı Hicranə Məmmədova, Hüseynbəyli kənd kitabxana filialın müdiri Gülşən Hadıyeva, Azərbaycan Pedaqoji Universtetinin tələbəsi Zülfiyyə Hüseynova, Bakı şəhərindən təhsildə qiymətləndirmə manitorinqinin təlimatçısı Günel Səmədzadə, Qazax Dövlət Sosial-Iqtisadi Kollecin tələbəsi Fidan Nəsibli çıxış edərək bildiriblər ki, Şəhidlərin qəhrəmanlıqları Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan sonra da örnək olacaqdır. Sonda Qazax Dövlət Sosial-Iqtisadi Kollecin tələbəsi Nərmin Cəbiyeva “Ağlama, Şəhid Anası” şeirini söyləyib, Azərbaycan Pedaqoji Universtetinin tələbəsi Zülfiyyə Hüseynova “Çırpınırdı Qara dəniz” mahnısını fortepianoda ifa edib.