22.02.2018
22 fevral 2018-ci il tarixdə saat 14:00-da Quşçu Ayrım kənd kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “Xalqımızın hüzn və şərəf günü” adlı anım tədbiri keçirib. Tədbirdə kənd məktəbin müəllimləri və fəal oxuculardan bir qrup olmaqla 15 nəfər iştirak edib.Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxana filialın müdiri Nəsibova Elnarə tədbiri açaraq iştirakçılara Xocalı Soyqırımından danışaraq qeyd edib ki, bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən şəhəri qana bələnmiş, yer üzündən silinmişdir. Məktəbin müəllimləri Mehdiyeva Könül və Vəliyeva Safa çıxışlarında qeyd ediblər ki, Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Sonda “Xalqımızın hüzn və şərəf günü” adlı sərgiyə baxış olub.