25.04.2020
25 aprel 2020- ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları MİHİ Qazax rayon komitəsi ilə birlikdə 83 yaşlı Qazax şəhər sakini, uzun illər Mərkəzi kitabxananın uşaq şöbəsində kitabxanaçı vəzifəsində işləmiş, tənha yaşayan təqaüdçü İsmayılova Güləsər İsə qızına baş çəkərək onun səhhəti ilə maraqlanmış və ona ərzaq yardımı təqdim etmişdilər.