24.04.2020
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Köcəsgər Mədəniyyət evi filialının əməkdaşı Novruzova Alagöz Akif qızının təşəbbüsü, Ağstafa rayon YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Şəhid ailələri və Qarabağ qazilərinin məskunlaşdığı Ağstafa rayon Ağamalıoğlu küçəsi 1 və 1 a saylı binaların sakinləri “evdə qal, həkimlərə dəstək ol” devizi ilə balkonlarından koronavirusla mübarizə aparan və ən çox risk altında olan səhiyyə işçilərinə, həkim və tibb bacılarına dəstək nümayiş etdirərək, təşəkkürlərini alqışları ilə ifadə etmişlər.