Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxbəyli kənd kitabxana filialı “Gəlin birgə mütaliə edək” başlığı altında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş mütaliə saatı keçirib.

21.02.2018

21 fevral 2018-ci il tarixdə saat 15:00-da Qazaxbəyli kənd kitabxana filialı “Gəlin birgə mütaliə edək” başlığı altında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş  mütaliə saatı keçirib. Tədbirdə tam orta məktəbin  şagirdləri və fəal oxuculardan ibarət olmaqla 29 iştirak edib.Kitabxana filialın müdiri Sevinc Alməmmədova tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Hər  bir  millətin varlığının  mühüm  amillərindən  biri  olan  ana  dili  heç  vaxt  yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir.  Tarix  boyu başı bəlalar  çəkmiş  Azərbaycan  xalqı zaman–zaman  əzilsə,  repressiyalara  məruz  qalsa  da  öz  ana  dilini  `qoruyub  saxlaya  bildi  və  tarixin müəyyən dönəmində böyük qürur hissi ilə söylədi:

     Yaddan çıxmaz ana dilim

     Doğransam da dilim–dilim…

Uşaqların “Ana dili” haqqında verdiyi suallara cavab verən kitabxana filialın müdiri Sevinc Alməmmədova bildirib ki, bu tədbiri keçirməkdə əsas məqsəd kitabxanaya yeni oxucu cəlb etmək və uşaqlarda zehni və nitq qabiliyyətini daha da inkişaf etdirməkdir. Kitabxana filialın təşkil etdiyi tədbir məktəblilər tərəfindən rəğbətlə qarşılanıb.