18.03.2020
Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları bayram ərəfəsində şəhid və qazi ailələrini, ziyalıları, tənha yaşayan ahılları, aztəminatlı ailələri, fiziki qüsurlu və qayğıya ehtiyacı olan insanları ziyarət etməklə "Dost Xonçası" aksiyasını davam etdirir, onları bayram sovqatı ilə təbrik edir.
Milli adət-ənənələrimizi əks etdirən Novruz bayramı ərəfəsində keçirilən bu aksiyanın məqsədi yaşlı nəslin nümayəndəsi olan həmvətənlilərimizi və ahıllarımızı sevindirmək, cəmiyyətin onlara qarşı diqqət və qayğısını gücləndirmək, onlara xoş bayram ovqatı bəxş etməkdir.