22.02.2018
22 fevral 2018-ci il tarixdə saat 14:15-də Çaylı kənd kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “Xocalı xalqımızın qan yaddaşııdr” adlı məruzə keçirib. Tədbirdə kənd Icra və Bələdiyyə nümayəndəsi, Elşad Cəfərov adına 2 №-li tam orta məktəbin müəllim və şagird kollektivindən ibarət olmaqla 30 nəfər iştirak edib.Tədbirdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Kitabxana filialın müdiri Zeynəb Mahmudova tədbiri açaraq iştirakçıların nəzərinə çatdırıb: - Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı.Icra nümayəndəsi Ceyhun Binnətov, bələdiyyənin sədri Baxış Hüseynov, orta məktəbin dil-ədəbiyyat müəllimi Məmməd Qocayev tədbir iştirakçılarına bu soyqırımını dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük əməyi olduğunu qeyd ediblər. Bildiriblər ki, məhz Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına respublikada siyasi-hüquqi qiymət verilmişdir. Məktəblilər: Namazlı Zeynəb, Bənnayeva Nərgiz, Bənnayev Elxan, Qocayev Hüseyn, İsmayılov Turan, Seyidzadə Akif, Səmədova Aytac, Qasımova Həcər, Mustafayev Turan və başqaları Xocalıya həsr olunmuş şeirlər söyləyib. Sonda “Xocalı xalqımızın qan yaddaşıdır”adlı sərgiyə baxış olub.