Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mədəniyyət Mərkəzində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçrilib.

21.02.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 21 fevral 2018-ci il tarixdə Tovuz rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıclığına həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçrilib. MKS-nin direktoru Güldərən İbrahimova müsabiqə barədə məlumat verib. Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin  məsləhətçisi Pəri Məmmədova, məsləhətçisi Elvin Feyzizadə, Mədəniyyət mərkəzinin direktoru Asif Qasımov çıxış edərək Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətlərindən söz açıblar.

Şairin yaradıcılığından qəzəllər söyləyən müsabiqə iştirakçıları münsiflər heyəti tərəfindən qiymətləndirilib.