Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Elmar Hüseynov adına Mərkəzi kitabxanada “Talan olan Xocalı” adlı video - çarx nümayiş olunub

21.02.2018

21 fevral 2018-ci il tarixdə saat 15:00 da E. Hüseynov adına Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin oxu zalında Xocalı soyqırımının 26- cı  ildönümünə həsr olunmuş “Talan oldu Xocalı” adlı video - çarx nümayiş olunub. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fəal oxucuların və mədəniyyət işçilərinin iştirak etdiyi tədbiri sonra MKS-nin direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı Soyqırımından 26 il ötür. Dinc əhalinin qəddarcasına qətlə yetirildiyi bu hadisə Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş bir soyqırımdır.Əyani təbliğatın ən təsirli vasitəsi olan film nümayişi Xocalı hadisələrinin oxucuların yaddaşında əbədi yaşayacağına müsbət təsirini göstərir.