Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində “Xocalını unutmayaq” başlıqlı tədbir keçirilmişdir

25.02.2020

24 fevral 2020- ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28- ci ildönümünə həsr edilmiş “Xocalını unutmayaq” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Quliyeva, Q.Hacımahmudova adına ümumi orta məktəbin müəllim və şagirdləri, Mərkəzin kollektivi və könüllüləri iştirak etmişdirlər.Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova açmış və bildirmişdir ki, Xocalı soyqırımı 1992- ci il fevralın 25- dən 26- na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366- cı motoatıcı alayının iştirakı ilə Xocalını işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Azərbaycan xalqı son 200 ildə ermənilərin davamlı olaraq etnik təmizləmə və soyqırım siyasətinə məruz qalmışdır. Bütün bu qırğınlar nəticəsində 10 minlərlə azərbaycanlı ən qəddar surətdə qətlə yetirilimiş, bir milyondan çox əhali öz doğma yurdundan didərgin salınmışdır,tarixən azərbaycanlılara məxsus olan məktəblər, məscidlər, tarixi və mədəniyyət abidələri məhv edilmiş və ya erməniləşdirilmişdir. Xocalı faciəsi isə tarixi yaddaşlara Katın, Liditsa, Oradur, Holokost, Sonomi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrlə eyni dərəcədə müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq yazılmışdır. Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırım yalnız Heydər Əliyev 1993- cü ildə hakimiyyətə qayıtdıqdan sonra 26 fevral Xocalı soyqırım günü kimi siyasi qiymətini almışdır. 25 fevral 1997- ci ildən isə hər il fevralın 26- sı saat 17.00- da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Hazırda soyqırımın tanınması dövlətimizin apardığı siyasətin əsasını təşkil edir. 2008- ci ildən isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.
Sonra Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Quliyeva, məktəbin direktoru Yeganə Göyüşova çıxış etmiş və faciə haqqında məlumatlar vermişdirlər. Xocalı faciəsinin dəhşətlərini əks etdirən film nümayişindən sonra məktəblilər faciəyə həsr olunmuş şerlər söyləmiş, kompozisiyalar nümayiş etdirmişdirlər.