Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Qanlı tarix”adlı tədbir keçirildi.

20.02.2018

Ağstafa  Regional  Mədəniyyət  və  Turizm  İdarəsinin  nəzdində  fəaliyyət  göstərən Qazax  Dövlət  Rəsm  Qalereyasında Xocalı  faciəsinin 26-cı  ildönümünə  həsr olunmuş  “Qanlı  tarix”adlı  tədbir keçirildi.

Tədbiri  gənc rəssam  Akif  Əmirov  Qazax  Dövlət  Rəsm  Qalereyası ilə  birlikdə  təşkil  etmişdir. Rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab  Rəcəb  Babaşov, İcra Hakimiyyətinin  işçiləri, idarə  və  təşkilat  rəhbərləri  və  işçiləri, məktəblərin şagird və  müəllim  kollektivi, mədəniyyət  işçiləri, rayon ictimaiyyəti  tədbirdə iştirak etdilər. Öncə  rəsm  dərnəyində  çalışan uşaqların və  digər məktəblilərin faciəni  əks etdirən rəsmlərinə  baxış keçirildi. Qonaqlar rayon məktəblilərinin  hazırladıqları  kompozisiyaya  baxdılar. Məktəblilər faciəni  əks etdirən  şeirlər söylədi.

Tədbirdə  Rayon İcra  Hakimiyyətinin Başçısı  cənab  Rəcəb  Babaşov, gənc rəssam  Akif  Əmirov, Qazax Dövlət  Rəsm  Qalereyasının direktoru  Münəvvər  Xəlilova  çıxış etdi. Natiqlər Xocalı  faciəsinin yaranma səbəbindən və  dəhşətli nəticələrdən danışdılar. Genosid aktını  törədənlərə  lənət söylədilər və  bildirdilər ki, bu faciənin qurbanları  heç bir zaman  unudulmayacaqdır.