Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “ Ölkəmizdə gənc nəsildə torpağa, Vətənə məhəbbət hisslərinin aşılanmasında Heydər Əliyev irsinin rolu ” adlı görüş keçirilib.

15.02.2018

Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxananın xidmət şöbəsində  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə  həsr olunmuş “ Ölkəmizdə gənc nəsildə torpağa, Vətənə məhəbbət hisslərinin aşılanmasında Heydər Əliyev irsinin rolu  ” adlı görüş keçirilib. Şəhər məktəblilərinin  iştirak ilə keçirilən tədbir Azərbaycan Dövlət Himninin canlı ifası   ilə başlayıb. Tədbirdə iştirak edən şəhər və Ağköynək kənd tam orta məktəbin şagirdləri Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Məktəblilərlə keçirilən diskussiyada ümummilli lider Heydər Əliyevin xalqımızın, Vətənimizin yüksəlişində qeyri-adi xidmətlər göstərən bir şəxsiyyət, müstəqil Azərbaycanın memarı olduğu vurğulanıb. Sonda Ulu öndərə həsr olunmuş “Bir adın var: Fövqəlbəşər” adlı kitab sərgisinə baxış keçirilib.