07.02.2020
Qazax rayon Heydər Əliyev Mərkəzinin 2020-ci il üçün təsdiq olunmuş tədbirlər planına əsasən Ulu öndər Heydər Əliyev irsinin təbliğ edilməsi məqsədilə il ərzində rayonun orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinə mühazirələr oxunması nəzərdə tutulmuşdur. İlk dərs 07.02.2020- ci il tarixdə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində “Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda olmuşdur. Mərkəzin əməkdaşları həmçinin mövzuya uyğun kitablardan ibarət sərgi də nümayiş etdirmişdirlər.
Mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova aparmışdır.
Mühazirədən sonra məktəbin direktor əvəzi Həsənova Donara, məktəbin müəllimi Həsənova Şəfa çıxış etmiş və mövzu ətrafında öz fikirlərini bildirmişdirlər. 45 dəqiqə müddətində davam edən dərsdə 25 şagird dinləyici iştirak etmişdir.
Sonda şagirdlər Azərbaycana qarşı ermənilərin törətdikləri terrorlar, soyqırımlara həsr olunmuş, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş kitablarla tanış olmuşdurlar.