Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

şəhər 1 № li kitabxana filialı ”Sağlamlıq problemləri olan vətəndaşların və fiziki qüsurlu insanların həyat səviyyəsinin yaxışlaşdırılmasına təşəbbüslər” layihəsi çərçivəsində əlillərlə görüş keçirib.

06.02.2018

06  fevral 2018-ci il tarixdə saat 15:00-da şəhər 1 № li kitabxana filialı "Sağlamlıq  problemləri olan vətəndaşların  və fiziki qüsurlu insanların həyat  səviyyəsinin yaxışlaşdırılmasına təşəbbüslər" layihəsi çərçivəsində əlillərlə  görüş keçirib. Tədbirdə gözdən əlillər: Hüseynov Ayət, Dərgahquliyev Şakir, II qrup Qarabağ əlilləri: Vəliyev Şükür,  Şəmilov Məhət, Hüseynov Vaqif , Dövlət Sosial-İqtisadi Kollecin müəllim heyyətindən bir qrup və şəhər 1 № li Folklor evinin işçilərindən ibarət olmaqla 27 nəfər iştirak edib. Tədbiri kitabxana filialın müdiri Solmaz Nağıyeva açaraq bildirib ki, bu gün dövlət ahıl, əlil və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, mənzil, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Çay süfrəsi arxasında davam edən görüşdə gözdən əlil Hüseynov Ayət çıxışında qeyd edib ki, onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.Sonda əlillər  görüşə görə təşkilatçılara minnətdarlıq edib və bu tip görüşlərin onların gündəlik həyatlarıında xüsusi yer tutduğunu qeyd ediblər.