27.01.2020
27 Yanvar 2020- ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində GİKM- nin Qazax nümayəndəliyi və Mərkəzin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər günü ilə əlaqədar “Ulu Öndər ideyalarını daim yaşadan gənclik” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə GİKM-nin Qazax nümayəndəliyinin direktoru və əməkdaşları və könüllülər, rayonun ictimai işlərində fəallıq göstərən gənclər iştirak etmişdirlər. Tədbiri ilk olaraq Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq gəncləri 2 Fevral Gənclər günü münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzu etmişdir. “Mütərəqqi gənclər siyasəti” adlı film nümayişindən sonra Mərkəzin direktoru Heydər Əliyevin Gənclər siyasətindən ətraflı məlumat vermiş və bildirmişdir ki, 2 Fevral Azərbaycanda Gənclər günü kimi qeyd edilir.Bu günün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. O həmişə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həmişə böyük işlər görmüşdür.Müstəqillik əldə etdikdən sonra dünyada , o cümlədən ölkəmizdə baş verən ictimai-siyasi hadisələr dəyişdi, gənclərin qarşısında duran problemlər onların həlli yolları da dəyişməyə başladı.Bir sözlə gənclərə böyük işıqlı yollar açıldı.Və bu yolların fəth edilməsindən isə gənclərə ən böyük dəstək Ulu Öndər Heydər Əliyev tərəfindən verildi.O hər zaman gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə önəm vermiş, onların himayədarı olmuşdur.
Sonra GİKM-nin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış etmiş, Heydər Əliyevin Gənclər siyasəti sahəsindəki əvəzsiz xidmətlərindən bəhs edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev 1993- cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra gənclərlə görüşmüş və ilk dəfə olaraq gəncliyin mövcud vəziyyəti, ölkəmizin gələcəyində gəncliyin təmsil olunmasının əsas prinsipləri haqqında müzakirələr aparılmış və bu görüşün müsbət nəticələri tezliklə özünü göstərmiş, 1994- cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, 1995- ci ildə Gənclər Forumu keçirilmiş, ümumilikdə 1993-2003- cü illər ərzində gənclərlə bağlı 40- dan çox tədbirdə iştirak etmiş, bu sahəyə aid çoxsaylı sənədlər imzalamışdır.
Daha sonra GDU- nin tələbəsi, könüllü, ictimai fəal Ülvi Zeynalov, BDU- nin Qazax filialının tələbələri və könüllülər Elmir Həsənov, Fədail Paşazadə, Qazax Sosial İqtisad Kollecinin tələbələri Tutu Qocayeva, Pəri İbrahimli çıxış etmiş və dövlətimizin və ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, könüllü kimi Azərbaycanın inkişafı və tərəqqisi naminə daha da yüksək formada fəaliyyət göstərəcəklərini bildirmişdirlər.
Sonda 2 Fevral Gənclər günü münasibətilə tədbir iştirakçıları bütün Azərbaycan gənclərini təbrik etmiş və fəaliyyətlərində uğurlar arzulamışdırlar.