Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq şöbəsi şəhər 1 saylı Körpələr evi – Uşaq bağçasında “Kitabsevər uşaqlar” layihəsinin təbliği məqsədi ilə görüş keçirib.

06.02.2018

             6 fevral 2018-ci il saat 11:00-da Uşaq şöbəsi  şəhər 1 saylı Körpələr evi - Uşaq bağçasında “Kitabsevər uşaqlar” layihəsinin təbliği məqsədi ilə görüş keçirib. Tədbirdə Körpələr evi - Uşaq bağçasının müəllim, tərbiyəçi və körpələrinin iştirakı ilə 25 nəfər iştirak edib. Tədbirdə Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva, baş kitabxanaçısı Rahidə Kazımova, informasiya texnologiyalari üzrə mütəxəssisi Aytəkin Quluyeva  uşaqlara  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitabsevər uşaqlar” layihəsinin təbliği istiqamətində Facebook.com və YouTube.com internet səhifələrində paylaşılan  “Cizgi filməri”, “Maraqlı nağıllar”, “Öyrədən kitablar”, “Kitab yağışı”, “Sehrli səyahət”  videoları haqqında məlumat verib.  Gülzar İbrahimovanın “Sehrli Dünya” jurnalı və «Dünyanın ən güclüsü», «Tənbəlin nağılı», «Tülkü balası», «Su pərisi», «Od xəzinəsi», «Sehirli nağıllar»,«Göydə neçə ulduz var» adlı kitabları oxuyaraq nağıl qəhrəmanları ilə körpə fidanları tanış ediblər.  Sonda uşaqlar vətənpərvərlik haqqında şeirlər söyləyiblər.