Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix Diyarşünaslıq Muzeyində ”Gənclər günü” münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İtifaqı Qazax rayon Komitəsinin, Qazax rayon Mədəniyyət Mərkəzinin və Qazax Tarix Diyarşünaslıq Muzeyinin birgə tədbiri keçirilmişdi.

01.02.2018

Qazax Tarix Diyarşünaslıq Muzeyində "Gənclər günü" münasibətilə Mədəniyyət  İşçiləri Həmkarlar İtifaqı Qazax rayon Komitəsinin, Qazax rayon Mədəniyyət    Mərkəzinin və Qazax Tarix Diyarşünaslıq Muzeyinin birgə tədbiri keçirilmişdi. Öncə  tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış oldular. Tədbirdə M.İ.H.İ-nin  Qazax rayon komitəsinin əhatə etdiyi İdarə və müəssisələrdə çalışan gənclər və  idarə rəhbərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon  komitəsinin  sədri İ.Qurbanov açdı və məruzə etdi. Sonra Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Səlahiyyətli numayəndəsi V. Vəliyev, Ürkməzli kənd sənətkarlıq  evinin müdiri G.Cəlilova çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə   təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar arzuladılar. Gənclər adından Qazax  Dövlət Dram Teatrnın aktyoru Y.Həsənov gənclərə göstərilən diqqət və qayğıya  görə minnətdarlığını bildirdi. Fəal gənclərə MİHİ Qazax rayon komitəsinin Fəxri  Fərmanları və hədiyələri verildi. Tədbir çay süfrəsi ətrafında davam etdirildi. Qazax  2 saylı musiqi məktəbinin saz müəllimi E.Səfərov və həmin məktəbin şagirdi  A. Kərimov tərəfindən saz ifaları səsləndirildi. Qazax  Dövlət Dram Teatrının  aktirisası  Z. Dərvişova sazın müşayəti ilə mahnı ifa etdi. Ürkməzli kənd sənətkarlıq  evinin  müdiri G. Cəlilova və Qazax 1saylı Musiqi Məktəbinin müəlliməsi F.Zeynalova öz şeirlərini söylədilər.