Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Mərkəzinin və Mərkəzi Kitabxananın birgə təşəbbüsü ilə 2 Fevral-Gənclər günü münasibəti ilə “Gələcək Gəncliyindir” başlığı altında tədbir keçirilib.

02.02.2018

02 fevral 2018-ci il tarixdə  saat   15:00 –da Qazax rayon Mədəniyyət Mərkəzinin dəyirmi masasında Mədəniyyət Mərkəzinin və Mərkəzi Kitabxananın birgə təşəbbüsü ilə 2 Fevral-Gənclər günü münasibəti ilə “Gələcək Gəncliyindir” başlığı altında tədbir keçirilib. Tədbirdə  Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxananın, musiqi məktəblərinin, muzeylərin  kollektivi və fəal gəncləri  iştirak edib. Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayon üzrə nümayəndəsi Valeh Vəliyev açaraq bildirdi ki, 2 fevral gününün  Gənclər Günü   kimi elan olunması  Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə prezidenti cənab İlham Əliyev  tərəfindən  uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, İstedadlı və yaradıcı gənclərin üzə çıxarılmasını dəstəkləməkdir. Çıxış edənlərdən Qazax şəhər 2 nömrəli musiqi məktəbinin direktoru Ramin Qurbanov və həmin məktəbin gənc müəllimlərindən Hacıyeva Ərkinaz, Qurbanova Nərmin, Məmmədova Ayşən,  Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, MKS-nin direktoru Solmaz Babanlı  Respublikamızda gənclərə göstərilən diqqət və qayğıdan danışdılar.