15.01.2020
15 yanvar 2020-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar "Qəhrəmanlıq və iftixar tariximiz" adlı tədbir keçirilib.Tədbirdə Eynallı kənd orta məktəbinin 9-10-cu sinif şagirdləri iştirak ediblər.İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra tədbiri Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova açaraq bildirib ki,1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.Daha sonra Eynallı kənd orta məktəbinin müəllimi Sevinc Ələsgərova çıxış edərək 20 Yanvar hadisələrindən danışmışdır.Sonda 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən film nümayiş etdirilib.