Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq şöbəsi 6 saylı körpələr evi - uşaq bağçasında” Kitabsevər uşaqlar” layihəsinin təbliği

30.01.2018

30 yanvar 2018-ci il saat 11:30-da Mərkəzi kitabxananın Uşaq şöbəsi 6 saylı körpələr evi  - uşaq bağçasında “ Kitabsevər uşaqlar”  layihəsinin təbliği məqsədilə tədbir keçirib. Tədbirdə multimedia mütəxəssisi Gülbəsti Musayeva, informasiya və texnologiyaları üzrə mütəxəssisi Aytəkin Quluyeva Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitabsevər uşaqlar” layihəsinin təbliği istiqamətində facebook.com və yootube.com internet səhifələrində paylaşılan  müxtəlif mövzuları  əhatə edən  (“Maraqlı nağıllar”, “Öyrədən kitablar”, “Cizgi filmləri”, “Tapmacalar”, “Uşaq mahnıları” ) və maraqlı videoları izləmə qaydalarını öyrədiblər. Uşaqlara kitabxananın oxu zalında gözəl şəraitin yaradılması haqqında məlumat verdilər.  Sonra “Nağıl saatı” keçirilib.  “Sevimli nağıllar”, “Min bir nağıl”, “Dovşanın tənbəlliyi” və digər azərbaycan nağıllarına uşaqlar diqqətlə qulaq asıblar. .