Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəpəz kuboku Gəncə 2018-də ”Tovuz Milli Rəqs Qrupu” 1-ci yerə layiq görüldü.

29.01.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi Tovuz rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Tovuz Milli Rəqs Qrupu"  Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində təşkil edilmiş Kəpəz kuboku 2018 adlı rəqs müsabiqəsində 8-15 yaş arası olan iştirakçılar arasında Şelleqoy ( Şalaxo) rəqsi ilə 1-ci yerə layiq görüldü. İştirakçılar Kubok və Setifikatlar ilə təltif edildi.