Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar

06.12.2019

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünü rəğbətlə qarşılayan Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları dekabrın 6-da keçirilən ağacəkmə kampaniyasına ciddi hazırlıqla gəliblər. Ağstafa Regional Mədəniyyət İdarəsinin Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələrinin əməkdaşları səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ağac əkiblər.