04.12.2019
Mədəniyyətin səyyar təlim briqadaları Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən ölkəmizin mədəniyyət siyasətinin daha aktiv, mobil və əlverişli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub. Təlimlərin qısa müddətdə daha da səmərəli şəkildə keçirilməsinin təmin edilməsi üçün iki müəssisə oktyabr-dekabr aylarında məhz bu briqadalardan istifadə etmək qənaətinə gəlmişdir. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.
Dekabrın 4-də Tovuz rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları tərəfindən növbəti qısamüddətli təlim keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənovun, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın iştirakı ilə keçirilmiş təlim regionun mədəniyyət evlərində çalışan əməkdaşları üçün təşkil olunub.