Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi üzrə 2017-ci ilin yekunlarına həsr edilmiş İdarəyanı Şuranın iclası keçirildi

24.01.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi üzrə 24.01.2018-cil ildə 2017-ci ilin yekunlarına həsr edilmiş Şura iclası keçirildi. İclasda İdarə aparatının məsul işçiləri və Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisə rəhbərləri iştirak etdilər. Müşavirədə 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə görüləcək işlər müzakirə edildi. İclası İdarənin rəisi cənab Ramiz Quliyev giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri hər kəsin diqqətinə çatdırdı və 2017-ci il ərzində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi. Daha sonra İdarənin rəis müavini Gülgün Kərimovla və Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən müəssisələrin rəhbərləri 2017-ci ildə gördükləri işlər və keçirdikləri tədbirlər barədə hesabatlarını verdilər.