Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix Diyarşünaslıq Muzeyində ”Qazax xalçaları” mövzusunda ”Açıq dərs” keçirildi

04.12.2019

04 dekabr 2019-cu il tarixdə Qazax Tarix Diyarşünaslıq Muzeyində BDU Qazax filialının riyaziyyat, informatika fakultəsinin 1-ci kurs tələbələrinin iştirakı ilə "Qazax xalçaları" mövzusunda "Açıq dərs" keçirildi. Tədbiri muzeyin direktoru Gülnaz Alişanova açaraq bildirdi ki, Qazax şəhəri və ətraf kəndləri əsrlər boyu Azərbaycanın xalçaçılıq məktəblərindən biri olublar. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilir. Hələ keçən əsrin əvvəlində burada yaşayan hər Azərbaycan ailəsi ildə 4-5 xalça toxuyardı. Cavan gəlinlərin özlərinə xalçalar toxuması isə buranın qədim el adəti idi.