Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azadlığa gedən yol şəhidlik zirvəsi” adlı ədəbi-bədii kompozisiya

19.01.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin İllik İş Planına əsasən 19.01.2018-ci il saat 15:00-da Tovuz rayon Mədəniyyət Mərkəzində  "Azadlığa gedən yol şəhidlik zirvəsi” adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbir Mədəniyyət Mərkəzi ilə Aşıq Ə.Rzayev adına uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirildi. Tədbirdə İdarənin məsul işçiləri və mədəniyyət işçiləri iştirak etdilər. İlk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra xalq teatrı və musiqi məktəbinin şagirdləri ilə birgə hazırladıqları tamaşaya baxıldı.