30.11.2019
29 noyabr 2019-cu il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin bədii rəhbəri Aşıq Camoy Qurbanovun 65 illik yubileyi qeyd olunub.
Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının Foklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, aşıqlar, şairlər, yubilyarın ailə üzvləri, yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər.