Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şanlı tariximizin qanla yazılmış səhifəsi”

18.01.2018

Qazax rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Şanlı tariximizin qanla yazılmış səhifəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Qazax rayon Qaratel Hacımahmudova adına ümumi orta məktəbin IV sinif şagirdləri və müəllimləri iştirak etmişdirlər.

          Anım tədbiri 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş “Milli hüzn günü” adlı filmin nümayişi ilə başlamışdır. Sonra muzeyin direktoru Ceyhunə Hüseynova “20 Yanvar”  başlıqlı məruzə ilə çıxış etmişdir.

             Daha sonra Qazax rayon Q.Hacımahmudova adına ümumi orta məktəbin IV sinif şagirdlərinin hazırladıqları kompozisiyalar nümayiş etdirilmiş, onların ifasında şerlər söylənmişdir.