21.11.2019
Azərbaycanın müasir tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrədilməsi məqsədilə Qazax rayon Heydər Əliyev Mərkəzi “Heydər Əliyev məktəbi” layihəsində məktəblərin yuxarı sinif şagirdlərinə mühazirələr oxunmasını davam etdirir. Növbəti dərs 21 noyabr 2019- cu il tarixdə saat 12.00- da rayonun Cəfərli kənd tam orta məktəbinin şagirdləri üçün keçirilmişdir. “Müstəqil Azərbaycanın şanlı tarixi” mövzusunu əhatə edən mühazirəni Mərkəzin baş fond mühafizi Səidə Qocayeva oxumuş və bildirmişdir ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü bütöv bir tarixi epoxadır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixardır. Eyni zamanda O tarixi şəxsiyyətdir.Heydər Əliyev dünyanı dəyişə bilən insanlar sırasındandır. Onun aparmış olduğu siyasət gələcəyə ölçülüb biçilmiş siyasətdir. Ölkəmiz bu gün bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır. Çünki Ulu Öndərin apardığı siyasət gələcəyə ünvanlanmış siyasət idi.
Sonda şagirdlərə Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət sərgi təqdim edilmişdir.