18.11.2019
Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Daş Salahlı kənd 1 saylı sənətkarlıq klubu, sənətkarlıq evi və 1saylı kitabxana filialı birlikdə Daş Salahlı kənd 3 saylı körpələr evi uşaq baxçasında Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə "Bir uşaq sevinirsə, deməli dünya sevinir" adlı tədbir keçirdi.
Tədbiri 1saylı kitabxana filialın multimediya resursları üzrə mütəxəsisi Hicranə Məmmədova açdı. Sənətkarlıq evinin bədii rəhbəri Mətanət Bayramova, 1saylı sənətkarlıq klubunun müdiri Əntiqə Əliyeva və körpələr evinin müdiri Ramella Abdurahmanova çıxış edərək uşaqları təbrik etdilər və uşaq hüquqlarından söhbət açdılar. Sonra uşaqlar şeirlər söylədilər.