Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclərin hərbi xidmətə yola salınması

10.01.2018

Bu gün Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa rayon gənclərinin hərbi xidmətə yola salınması mərasimi təşkil edildi. Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri Rayon İcra Hakimiyyəti aparatının işçiləri, rayon idarə, təşkilat və müəssisə rəhbərləri ilə yanaşı yerli sakinlərdə iştirak etdilər. İlk öncə Mərkəzin qarşısında olan Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyuldu, Mərkəzə baxış keçirildi və daha sonra isə gənclərin əhval-ruhiyyəsini yüksəltmək məqsədi ilə konsert proqramı ilə tədbir davam etdirildi.